SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Blogger Mehman Huseynov barəsində qarşı xüsusi ittiham qaydasında şikayəti Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu verib.

BAKU.WS-in Lent.az-a istinadla verdiyi məlumata görə, bu barədə Mehman Hüseynovun vəkili Elçin Sadıqov məlumat yayıb.

Polis idarəsinin rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını xahiş edir.

Məhkəmə şikayəti təmin edəcəyi təqdirdə Mehman Hüseynov iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
 
BAKU.WS