SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanlı zəvvarların Həcddən qayıdışı ilə bağlı uçuş qrafikinin son günü bu gün olmasına baxmayaraq, gecikmə səbəbilə vaxt yenə dəyişdirilib.

BAKU.WS-in məlumatına görə, 360 azərbaycanlı zəvvar Ciddə hava limanında 36 saata yaxındır ki, gözləyir. Zəvvarlarımızın aeroportun neytral zonasında skamyaların üstündə gecələdikləri bildirilir. Zəvvarların ac-susuz qaldıqları deyilir. 

Qafqaz Müsəlmanları İdarəsinin Həcc missiyasından bildirilib ki, zəvvarları gətirən sonuncu təyyarənin ya sabah axşam, ya da oktyabrın 3-də səhər tezdən Ciddədən qalxacağı planlaşdırılıb. 

Təxminən 250 zəvvarı gətirəcək daha bir təyyarənin isə oktyabrın 3-də səhər tezdən Ciddə hava limanından Bakıya yola düşməsi nəzərdə tutulub.
 
Azad Əliyev 
BAKU.WS