SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WSverilən məlumata görə, tədbirlərlə rayon sakinləri - əvvəllər dəfələrlə məhkum olunmuş Cavid Ələkbərov və Rauf Şərifov saxlanılıb.

Onlardan narkotik vasitə olan heroin aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS