VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılan sürücünün avtomobilindən silah aşkarlanıb.

BAKU.WS xəbər verir ki, Bakı şəhər sakini Seymur Xudaverdiyev idarə etdiyi "Chevrolet-Camaro" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə stasionar Postunda saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə protokol tərtib edilərək avtomobil duracağa aparılıb.

Müvəqqəti duracaqda S.Xudaverdiyevin iştirakı ilə avtomobilə baxış keçirilib və oradan pnevmatik tapança aşkar edilib. Bu zaman o, qeyd edilən tapançanı götürərək hadisə yerindən qaçıb.

Baş Dövlət Yol Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Xudaverdiyev saxlanılıb və tapança ondan götürülüb.
 
Aynur Ələkbərova
BAKU.WS