SİZİN REKLAM BURADA!
055 213 76 73


“Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlaması nəticəsində xəsarət alan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Anar Mürşüd oğlu Piriyevin vəziyyəti stabil qiymətləndirilir”.

Bu haqda Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, 06.04.2024-cü il tarixində, 2000-ci il təvəllüdlü, Ağcabədi rayon Yuxarı Qiyaməddinli kənd sakini (kişi cinsli) saat 10:40-da Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib.

Qeyd olunur ki, ona sağ baldırın ön səthinin kiçikölçülü qəlpə yaraları və sağ əlin iç səthinin kəsilmiş yarası diaqnozu təyin olunub, zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicəsi davam etdirilir və vəziyyəti stabil olaraq qiymətləndirilir”.

***16.38

Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində detonator partlaması nəticəsində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşının xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

BAKU.WS xəbər verir ki, bu barədə Ağdam Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 6-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin partlayış nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlunun ərazidə mina təmizləmə işləri aparan zaman alışdırıcı kapsulun partlaması nəticəsində xəsarət alması müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

***10:48

Ağdamda detonator partlayışı hadisəsi baş verib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu gün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində detonator partlayışı hadisəsi baş verib.

Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur.

BAKU.WS