SİZİN REKLAM BURADA!
055 213 76 73


  

"Yaxın zamanlarda Rasim Əliyevin öldürülməsi ilə bağlı iş məhkəməyə göndəriləcək". 
 
BAKU.WS-in məlumatına görə, bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu cinayət işinin siyasiləşdirilməsi yol verilməzidir:
 
"Mərhum jurnalist Rasim Əliyevin qətli zamanı dövlət başçısı dərhal məlumatlandırılmışdı. DİN və Baş prokurorluğun daxili istintaq qrupunun bir günlük fəaliyyəti nəticəsində qətli həyata keçirən şəxslər müəyyən edilib və onlar həbs edilmişdi. Bu cür jurnalist ölümləri bütün dünyada baş verir. Şübhəsiz ki, biz bu cür qətl hadisələrini pisləyirik. Bu, bizim cəmiyyətə xas olan cinayət hadisəsi deyil".
 
Zakir Qaralov qeyd edib ki, təkcə ötən il dünyada 61 jurnalist qətlə yetirilib. Bu ilin 9 ayında isə 41 jurnalist öldürülüb.  
 
ŞAHİN Həbibov
Ayşən Ayxan 
BAKU.WS