SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xəbər verdiyimiz kimi, Rusiyada azərbaycanlı avtoritet başından güllələnərək öldürülüb.

"Report" xatırladır ki, hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb.

Belə ki, Surqut şəhərində "Kafe Rus" iaşə obyektində azərbaycanlı avtoritetlər arasında yığıncaq ("sxodka") olub. Avtoritetlər arasında mübahisə düşüb.

Nəticədə Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Siyavuş Zeynalov başından güllələnərək öldürülüb. Hadisədən sonra qətli törədən şəxs kafedən çıxaraq qaçıb.

S.Zeynalovun meyiti Moskva-Bakı reysi üzrə hərəkət edən təyyarə ilə bu gün günorta saatlarında Bakıya gətirilib.

Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları araşdırma aparır. tanınmış idmançıdır. O karate üzrə qara kəmər ustası, əməkdar məşqçidir. 
 
BAKU.WS