SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Müdafiə Nazirliyi cəbhədə baş verən son hadisələr barədə ictimaiyyətə mütəmadi xəbər verib. Ermənilərin məqsədyönlü surətdə dezinformasiya xarakterli yaydığı bu kimi xəbərlər yalandır, erməni tərəfinin xüsusi təbliğatının bir hissəsidir.

 
Bunu BAKU.WS-in sorğusuna cavabında Müdafiə Nazirliyindən bildiriblər. Nazirlik kütləvi informasiya vasitələrinin nümayəndələrindən düşmən təxribatlarına uymamağı və yalnız dəqiqləşdirilmiş rəsmi məlumatları yaymağı tövsiyə edir.
 
Qeyd edək ki, Ermənistan KİV-i iddia edir ki, cəbhədə ağır döyüşlər zamanı Azərbaycan Ordusu itkilər verib. Guya Azərbaycan tərəfindən 22-24 əsgər həlak olub, 60-80 əsgər yaralanıb. 
 
ŞAHİN Həbibov
BAKU.WS