SİZİN REKLAM BURADA!
055 213 76 73


 
171 saylı orta məktəbin direktoru Telman Qardaşovun oğlu Turqay Qardaşov atasının ölümünü ATV-də gedən "Yoxlama" verilişi ilə əlaqələndirir.

BAKU.WS xəbər verir ki, Turqay istipress-ə danışaraq bildirib ki, həmin verilişdən sonra atası çox əsəbiləşib. 

"Həmin verilişdən sonra atam çox əsəbləşmişdi. Daha sonra isə uşaqların valideynləri atamı əsəbləşdirdi. Həkim dedi ki, əsəbdən insult olub. Atamın ölüm səbəblərindən biri də həmin veriliş oldu"

Qeyd edək ki, yanvarın 11-də ATV-nin yoxlama verilişi sözügedən məktəbdə yoxlama aparıb və veriliş qalmaqalla yekunlaşıb. 
 
BAKU.WS