VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanlı stilist Samiraldoya qarşı xoşagəlməz hərəkət edilib.
 
BAKU.WS xəbər verir ki, tədbirlərdən birindən çıxan stilist gözləmədiyi mənzərə ilə qarşılaşıb. Belə ki, naməlum şəxslər onun təzə avtomobilinin təkərələrini boşaldıb. Stilistin sözlərinə görə bunu taksi sürücüləri edib.
 
"Gecənin bir yarısı görürəm ki, taksi sürücüləri mənim avtomobilimin təkərini boşaldıblar. Utanmazlar! Bircə Azərbaycanda olar belə şeylər. Siz Allaha necə cavab verəcəksiniz".
 
Videonu Samiraldo öz rəsmi İnstagram hesabında paylaşıb. Videonun altından isə stilistə dəstək mesajları gəlib və bu əməli tərədənlər ciddi tənqid edilib.
 
Aynur Ələkbərova
BAKU.WS