VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

İş adamına dərmanlı tort yedirib yatırtdıqdan sonra kassasını boşaldan Melek N. cinayəti atasına görə törətdiyini deyib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərində WhatsApp-la tanış olub əlaqə saxladığı iş adamına dərmanlı tort yedirdib yatırtdıqdan sonra pulları, qəbzləri və tabel silahını götürüb qaçan 26 yaşlı Melek N. hadisəni atasının təhdidiylə reallaşdırdığını etiraf edib.

Evli və bir uşağı olan Melek N. iş adamı M.A. ilə WhatsApp-dan ünsiyyət qurub, tanış olub. Virtual mühitdə yazışan cütlük bir müddət sonra görüşməyə qərar verib. Melek N., 2 yaşlı uşağının ad gününü qeyd etdiyini deyincə, M.A. doğum günü tortundan dadmaq istədiyini söyləyib. Keçən ilin 3 iyul axşamı Varsak bölgəsində görüşən cütlük əvvəl bir restorana, ardından Kepezdəki gəzintiyə çıxıb. Daha sonra cütlük Günəş Məhəlləsindəki iş yerinə gediblər. Melek N. ofisdə isti şokolad hazırlayıb birlikdə içdikdən sonra yanında gətirdiyi tortu M.A.-ya təqdim edib. Dərmanlı tortu yeyən M.A. huşunu itirib. İş adamının çantasını, kassasını, pulları, tabel tapançasını, çek və sənədlərini götürən Melek N. hadisə yerindən qaçıb. Gecə saatlarında iş yerinə gələn oğlu tərəfindən huşsuz tapılan M.A. xəstəxanaya aparılıb. Müalicəsinin ardından polisə başına gələnləri izah edib M.A. ilə bir müddət sonra əlaqə quran şübhəlilər sənət və qəbzlərinin qaytarılması üçün pul tələb ediblər.

Polisin fərqli ünvanlara eyni vaxtda təşkil etdiyi əməliyyatla Melek N. ilə birlikdə atası Şükrü B. tapançanı onlardan aldığı təsbit edilən Məhərrəm G. ilə Şükrü B. -nın yoldaşı Mehmet Ç. və oğurlanmış qəbzlərlə alver etdiyi iddia edilən Abdulhəmid G. saxlanılıblar.

Melek N. isə digər şübhəlilər otaqdan çıxdıqdan sonra verdiyi ifadəsində günahı atasının üzərinə atıb. Bu hərəkəti atasının təhdidləriylə reallaşdırdığını söyləyən Melek N. belə dedi: "Atam 13 il həbsxanada yatdı. O, həbsxanaya girdiyində mən uşaq idim. Evimiz, avtomobilimiz, dükanımız vardı. Həyat yoldaşım də həbsxanaya girmişdi. Atam həbsxanadan çıxınca evi, dükanı satıb pulunu "yedi". Sonra da M.A. ilə məni əlaqəyə keçirdi. Aldığı tortu ona yedirtməyimi istədi. Bunu etməsəm, uşağıma, anama, qardaşıma və mənə zərər verəcəyini söylədi. Tortu yedirməyi əvvəl qardaşımda sınadı. Qardaşım bir həftə özünə gələ bilmədi. Hadisə günü də görüş yerinə atam apardı. Atam məni yola saldıqdan sonra M.A. ilə görüşdük. İş yerində tortu yedikdən sonra özündən getdi. Çox qorxdum. Cibindən açarını götürüb kassanı açdım. Atam kassada nə varsa götürməyimi istəmişdi. Hamısını götürdüm, silahını və çantasını da. Hər şeyi atama verdim. 15 min TL pul da var idi. Atam tutulduqdan sonra günahı həbsxana yoldaşı Mehmet Ç.-yə atmağımı istədi. Bu hadisənin Mehmet Ç. ilə heç bir əlaqəsi yoxdur".

Şükrü B. isə qızına bunları etdirəcək bir ata olmadığını söyləyib. Məhkəmə təxirə salınıb.
 
BAKU.WS