SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Tovuzun girişində "VAZ 21011" markalı minik avtomobili post patrul avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilinin sərnişini 31 yaşlı Tural Əsgərov Fikret oğlu hadisə yerindəcə dünyasını dəyişib. 25 yaşlı sürücü Rəşad Qədiməliyev isə ağır bədən xəsarətləri ilə Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyeti orta ağır olaraq qiymətləndirilir.