SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Paytaxtın Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

BAKU.WS-in məlumatına görə, qəza Azadlıq prospektində bir neçə gün əvvəl "Mercedes" markalı avtomobil yük maşını ilə toqquşub.  

Minik avtomobilinin sürücüsü manevr etmə prosesini düzgün yerinə yetirməyib və praktik olaraq yük maşınıyla toqquşmaya səbəb olub. 
 
Qəza nəticəsində "Mercedes" markalı avtomobilin ön hissəsi tamamilə sıradan çıxıb. 

Tofiq Babayev
BAKU.WS