VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadə vəfat edib.


BAKU.WS
-in məlumatına görə, Ziya Yusif-zadə evində dünyasını dəyişib. Hazırda generalla vida mərasiminin keçirilməsi üçün Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində hazırlıq görülür.


Qeyd edək ki, Ziya Yusifzadə 1929-cu il fevralın 15-də Şəki səhərində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsili 1946-cı ildə Zaqatala şəhərində qızıl medalla başa vurmuşdur. 1947-1952-ci illərdə ali təhsil aldığı I Moskva Dövlət Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə fərqləmə diplomu ilə bitirib.


1952-1956-cı illərdə respublika Maarif Nazirliyində və Nazirlər Sovetində məsul vəzifələrdə çalışıb.


1956-cı ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində həqiqi hərbi xidmətə qəbul olunub. 14 il müddətində pillə-pillə irəliləyərək əməliyyat müvəkkilindən bölmə və şöbə rəisliyinə qalxıb. 1970-ci ildə əks-kəşfiyyat şöbəsinin rəisi, 1973-cü ildə komitə sədrinin müavini, 1976-cı ildə isə sədrin I müavini vəzifələrinə irəli çəkilmişdir. 1980-1988-ci illərdə respublika DTK-nın sədri olmuşdur.


1977-ci ildə general-mayor, 1984-cü ildə isə general-leytenant hərbi rütbəsi almışdır.


1988-1992-ci illərdə respublika Nazirlər Soveti və Nazirlər Kabinetində millətlərarası münasibətlər şöbəsinə rəhbərlik edib. 1999-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradılandan bu xüsusi ali məktəbin rəisidir.


Sovet dövründə Bakı Sovetinin və Azərbaycan SSR Ali Sovetinin bir neçə çağırış deputatı seçilmişdir. 1970-1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, MK üzvü, MK-nın büro üzvlüyünə namizəd, 1980-1988-ci illərdə MK-nın büro üzvü olmuşdur.

 

SSRİ DTK-nın və Azərbaycan Respublikası Təhlükəsizlik Nazirliyinin fəxri əməkdaşı adlarını almışdır. Keçmiş SSRİ-nin və xarici dövlətlərin 40-dan artıq orden-medalına, müstəqil dövlətimizin "Azərbaycan bayrağı” və "Şöhrət” ordenlərinə layiq görülüb. Ziya Yusifzadə mərhum prezident Heydər Əliyevlə yaxın dost olub.


Allah rəhmət eləsin!

Ziya Səccad
BAKU.WS