SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İranın paytaxtı Tehranda 17 mərtəbəli binada yanğın baş verib. 
 
BAKU.WS-in məlumatına görə, yanğından sonra bina çöküb. Səhər saatlarında binanın üst qatlarında səbəbi bəlli olmayan yanğın baş verib. İlkin məlumata görə, bina yanğından sonra çöküb və 30 yanğınsöndürən dünyasını dəyişib. Bina çökdükdən sonra ətrafdakı binalara da ziyan dəyib. 

Türkiyənin Tehran səfirliyindən bildirilib ki, yanan binanın çökməsi səbəbi ilə yaxınlıqda yerləşən Türkiyə səfirliyinin boşaldılıb. Hadisə ilə əlaqədar istintaq davam etdirilir.

İran Dövlət televiziyası çökən binanın Tehranın ən qədim binalarından biri olduğunu vurğulayıb. Binanın çökmə anı canlı yayımda anbaan yayımlanıb. 
 
Şahin Həbibov
BAKU.WS