VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda gənc qız son anda ölümdən xilas olub.
 
BAKU.WS-in məlumatına görə, piyada keçidi olmayan və sürət həddi yüksək magistral yola çıxan qız tələsik qarşı tərəfə keçməyə çalışıb. 
 
Görüntülər Heydar Əliyev prospektində qeydə alınıb. Avtomobili ilə normal qaydada idarə edən sürücü qəfil qarşısına piyadanın çıxdığını görüb. Sürücünün sayıqlığı nəticəsində baş verə biləcək qəzanın qarşısı alınıb. Ancaq maraqlısı ondadır ki, piyada avtomobilin varlığından belə xəbərsiz yoluna davam edib.
 
Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra insanlar piyadanı tənqid edib.
 
Həmin görüntüləri təqdim edirik: 
 
Nazim Babayev
BAKU.WS