SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bakı-Qazax magistral yolunda sərnişin avtobusu qəzaya uğrayıb.

 

 

BAKU.WS-in məlumatına görə, hadisə Tovuz rayonunda qeydə alınıb.

Gürcüstandan Bakıya gələn "Mercedes” markalı sərnişin avtobusu Dönük Qırıqlı kəndi ərazisində qoyun sürüsünə girib.

Qəza nəticəsində sürüdə bir neçə heyvan tələf olub. Xoşbəxtlikdən avtobusda olan 40 sərnişindən heç kim xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS