SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bankomatın qarşısında dayanan təqaüdçülərə qarşı fırıldaqçılıq edən şəxs saxlanılıb.

Bir neçə ahıl, Xətai rayon polis idarəsinə müraciət edib ki, Məhəmməd Hadi küçəsində olan bankomatdan pensiyaları çəkilib. Ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə müəyyən edilib ki, həmin şəxslərin pulunu Mübariz Quliyev çəkib. Çox çəkməyib ki, adı çəkilən şəxs saxlanılıb.

Polis müəyyən edib ki, Mübariz Quliyev bu üsulla ötən il Xətai rayonu ərazisində bir neçə nəfərin ümumilikdə 3300 manat pulunu mənimsəyib.

Faktla bağlı onun dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
BAKU.WS