VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dünən Bakının Səbail rayonunda vəzifəli şəxsin özünü öldürməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.

BAKU.WS Lent.az-a istinadən məlumatına görə, 10 ilə yaxın müddətdə Badamdar qəsəbəsində yerləşən 144 saylı MKİS-in rəisi olan Şakir Cavadov təxminən 3 ay əvvəl Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin Əmircan qəsəbəsində yerləşən 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə rəis təyin edilib. Həmin birliyin rəisi isə Ş.Cavadovun yerinə 144 saylı MKİS-in rəhbərliyinə gətirilib.

Bildirilir ki, 3 uşaq atası olan Ş.Cavadovun müxtəlif şəxslərə külli miqdarda borcu olub. O, son günlərdə tanışlarından borc pul axtarırmış. 

Onun intihar üçün Salyan şosesində yerləşən Veloparkın ərazisini seçməsinə gəlincə, məlum olub ki, Ş.Cavadov bu ərazinin yaxınlığında yaşayıb və 144 saylı MİKS-də rəis işləyərkən tez-tez Salyan şosesinə gəlirmiş. Dünən öz avtomobili ilə əraziyə gələn Ş.Cavadov buradakı şam ağacından özünü asıb. Onun avtomobilindən bəzi paltarları tapılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.