SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Cəlilabad rayonunda 16 yaşlı yeniyetmənin 18 yaşlı gəncə yaxınlaşaraq siqaret istəməsi qanla nəticələnib. Belə ki, "yox" cavabı alan yeniyetmə bıçağa əl atıb.

BAKU.WS xəbər verir ki, qətl hadisəsi Cəlilabad rayon Səttarxan küçəsində baş verib. Belə ki, 18 yaşlı tələbə Emin Abdullayev ayaqqabısını təmir etdirib evə qayıdan zaman 16 yaşlı yeni yetmə ona yaxınlaşaraq siqaret istəyib. Emin istifadə etmədiyini bildirdikdə yeniyetmə qəzəblənib. Yaranan mübahisə qanla nəticlənib.

16 yaşlı yeniyetmə Eminin ürək nahiyəsinə bir bıçaq zərbəsi endirib. Gənc aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçsa da sonradan polisin keçirdiyi əməliyyatla saxlanılıb.
 
BAKU.WS