VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Lənkəranda 4 il əvvəl itkin düşən bacısını öldürməkdə təqsirləndirilən şəxs həbsdən buraxılıb.
 
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, 2012-ci ildə itkin düşən 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın meyitinin tapılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Qızın öldürülməsində şübhəli bilinərək saxlanılan qardaşı Fuad Ağayev isə meyit tapılanadək ölkəni tərk etməmək şərti ilə sərbəst buraxılıb. O, bu müddət ərzində polis nəzarətində olacaq.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
 
Qeyd edək ki, 2012-ci ildə Lənkəranın Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın itkin düşməsi barədə axtarış elan olunub. Həyata keçirilən istintaq hərəkətlərindən sonra axtarılan şəxsin qardaşı, 28 yaşlı Fuad Ağayev şübhəli şəxs qismində saxlanılıb. İstintaqa verdiyi ifadəsində F.Ağayev ailə münaqişəsi zəminində bacısını daşla döyərək öldürdüyünü və meyitini qəsəbə ərazisində yaşayış olmayan yerdə basdırdığını boynuna alıb.
 
Lakin cinayəti törətmiş şəxsin göstərdiyi yerdən  T. Ağayevanın meyiti aşkarlanmayıb.
 
F. Ağayev daha sonra ifadəsində meyitin qalıqlarını dənizə atdığını deyib.
 
Hazırda istintaq tədbirləri davam etdirilir. 
 
BAKU.WS