SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda 21 yaşlı oğlan özünü binanın 19-cu mərtəbəsindən yerə atıb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Şəki şəhər sakini 1996-ci təvəllüdlü Əliyev Murad Eldar oğlu Əsəd Əhmədov küçəsində yerləşən 19 mərtəbəli yarımtikilinin 19-cu mərtəbəsindən intihar etmək məqsədilə özünü yerə atıb. M.Əliyev hadisə yerində ölüb.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi açılıb.
 
BAKU.WS