SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Azərbaycandan qadınları Türkiyəyə apararaq "satan” qadın tutulub.

BAKU.WS
xəbər verir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1986-cı il təvəllüdlü, Gəncə şəhər sakini Xankişiyeva Aygün Fərhad qızının 2016-cı ilin fevral-aprel ayları ərzində Azərbaycan Respublikası vətəndaşları olan qadınları Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb insan alverinə (cinsi istismara) məruz qoyması faktı müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə o, tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma davam etdirilir.
 
BAKU.WS