SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda axşam saatlarında daha bir yol nəqliyyat hadisəsində "BMV X5” markalı avtomobil yanıb.

BAKU.WS-in məlumatına görə, hadisə Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindəki körpünün üzərində baş verib. 90 OZ 794 dövlət nömrə nişanlı avtomobilin mühərrik hissəsi qəfldən alışıb.

Şahidlərin sözlərinə görə, hadisədə xəsarət alan olmayıb, lakin avtomobil tamamilə yanaraq sıradan çıxıb. Hadisə yerinə gələn yol polisləri və yanğınsöndürənlər təhlükəsizlik tədbiri görüb, yanğın söndürülüb. Hadisəyə görə prospektin bir istiqamətində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.
 
BAKU.WS