SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Beyləqanda minik maşını mikro avtobusa çırpılıb. Qəza zamanı avtomobilin sürücüsü hadisə yerində ölüb. Şəmkirdə isə toy karvanında avtomobil qəzaya uğrayıb, 9 nəfər xəsarət alıb.
 
Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində isə toqquşan iki maşından biri yol kənarındakı piyadaları vurub. Onlardan biri ölüb. Mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə minik avtomobilin sürücüsü hadisə yerində ölüb.

Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Beyləqan rayonunun Dünyamalılar kənində olub. Rayon sakini Məhəmməd Məmmədov idarə etdiyi avtomobili qarşıda gedən həmyerlisi İlham Məmmədovun idarə etdiyi mikroavtobusa vurub. Qəza zamanı minik avtomobilinin sürücüsü Məhəmməd Məmmədov hadisə yerində ölüb. Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şəmkirdə isə toy karvanında avtomobil qəzaya uğrayıb. Rayonun abbaslı kəndi ərazisində toy karvanı ilə hərəkət edən avtomobil qarşı tərəfdən gələn avtomobillə toqquşub, nəticədə 4-ü uşaq olmaqla 9 nəfər xəsarət alıb. Onlar müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ötən gün axşam saatlarında isə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində iki avtomobil toqquşub. Toqquşmadan sonra maşınlardan biri yol kənarında olan olan 4 nəfər piyadanı vurub. Nəticədə həmin piyadalardan Mirzəbəy Babayev, Həsənağa Axundov və Xalid Əlməmmədov xəsarət alıb. Şəxsiyyəti hələki müəyyən edilməyən bir nəfər isə hadisə yerində ölüb. Yol polisi əməkdaşları ölən şəxsin kimliyini araşdırır.
 
BAKU.WS