SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yeni il gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən "Reina” gecə klubuna hücum zamanı törədilmiş terror aktı nəticəsində Azərbaycanın iki vətəndaşı yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"un Türkiyə bürosuna Türkiyə Səhiyyə Nazirliyindən bildirlib.

Məlumata görə, hadisə zamanı xəsarət alan iki azərbaycanlı - Günel Həsənova və Rəşad Vəliyevin səhhəti normaldır: "Günel Həsənova yüngül xəsarət alıb, Rəşad Vəliyev isə güllə yarası alıb, hazırda vəziyyəti yaxşıdır”.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan isə "Report"un Türkiyə bürosuna bildirilib ki, terrorda sadəcə iki Azərbaycan vətəndaşı yaralanıb: "Mütəmadi olaraq Türkiyə rəsmiləri və aidiyyəti qurumlarla əlaqə saxlayırıq. Terror zamanı həlak olan Nurlanə Həsənova isə Azərbaycan vətəndaşı olmayıb. Belə bir şey olsaydı, ilk bizim xəbərimiz olardı. Cənazələr rəsmi icazə verildikdən sonra ölkələrinə göndəriləcək". 
 
BAKU.WS