SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

DİN-ə istinadən verilən məlumata görə, dekabrın 21-də saat 07 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Müşviq Şıxəliyev idarə etdiyi "Daewoo" markalı 20 saylı  xətt avtobusu ilə yolun kənarında dayanmış paytaxt sakinləri Mahmud Cəfərovu, Mələk Zülfüqarovanı və Habil Ağayevi vurub. Nəticədə M.Cəfərov hadisə yerində ölüb, digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı  araşdırma aparılır.
 
BAKU.WS