SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi, Şuşa rayonu ərazisində baş verən dəhşətli qəzada 5 nəfər həyatını itirib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Daşaltı kəndi ərazisində aşaraq yanan “Nissan Navara” markalı avtomobildə olan şəxslər “Mikro Tunel Tikinti” MMC-nin əməkdaşları olub. Hadisə gecə saatlarında onlar tikinti sahəsindən qayıdarkən baş verib.

Qeyd edək ki, avtomobilin aşaraq alovlanması nəticəsində sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü Elvin Abbasov isə ağır yanıq xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fotoda sürücü Elvin Abbasov

Fotoda Kamil Qaybalıyev

Fotoda Rəşad Atakişiyev

BAKU.WS