SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının mərkəzi küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Dilarə Əliyeva küçəsində qeydə alınıb. Görüntülərdən aydın olur ki, 99-EK-514 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı avtomobil 99-SS-776 dövlət nömrə nişanlı “Porsche” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “Mercedes-Benz”in ön hissəsinə ciddi ziyan dəyib.

Xəsarət alanların olub-olmadığı haqqında hələlik məlumat verilməyib.

Görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO

QALEREYA