SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ankarada naməlum şəxs ABŞ səfirliyi qarşısında atəş açıb.

BAKU.WS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, polis həmin şəxsi zərərsizləşdirib. ABŞ Dövlət Departamentinin nümayəndəsi insidentin səfirliyin girişində baş verdiyini bildirib. 

İnsident nəticəsində zərərçəkənlərin olmadığı bildirilir. 

Qeyd edək ki, ötən gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. ABŞ səfirliyinin qarşısında baş verən hadisənin Karlovun qətli ilə əlaqəli olub-olmadığı araşdırılır.
 
Azər Məmmədov 
BAKU.WS