SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Zabrat qəsəbəsində Füzuli rayonundan olan məcburi köçkünlərin yaşadığı yataqxanada baş vermiş dəhşətli qətllə bağlı yeni faktlar üzə çıxıb.
 
BAKU.WS xəbər verir ki, lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qətlə yetirilən 38 yaşlı Mədinə Qurbanovanın qayınatası Maarif Əliyev gəlininin nəvəsi tərəfindən güllələnməsi vaxtı hadisənin baş verdiyi otaqda olduğunu deyib: 

"Mədinə mənim iynələrimi vururdu, başımı-üzümü qırxırdı. Ondan heç bir narazılığımız yox idi. Həmişə günahı oğlumda görürdüm. Amma Allah telefon çıxardanın evini yıxsın, həmişə telefonda qurdalanırdı. Nəvəm də kiminləsə yazışdığını görüb. Hadisə vaxtı isə mən yuxuya getmişdim. Mədinə ağrıkəsici vurduğundan yuxu aparıb məni. Böyük qızı kresloda mürgüləyirmiş. Özü də balaca qızını əmizdirirdi. Bir qədər sonra böyük qız anasını yuxudan qaldırmağa çalışanda görüb ki, qan içindədir".

M.Əliyev əlavə edib ki, nəvəsi Maarif Əliyev hadisə vaxtı tüfəngi anasının başına dayayaraq atəş açdığından güclü səs çıxmayıb və güllələnmədən sonra xəbər tutub.

Qeyd edək ki, hadisəni törədən 16 yaşlı Maarif Əliyev orta məktəbin 11-ci sinif şagirdi olub.

Məlum hadisənin baş verdiyi ailə Füzuli işğal olunandan sonra əvvəlcə Sabirabadda, sonra isə Şirvan şəhərində köçkün həyatı yaşayıb və bir neçə il əvvəl Zabrata köçüb. Hadisədən sonra M.Qurbanovanın yaxınları onun həyat yoldaşının qohumlarını həyətdən çıxarıb və 38 yaşlı qadının dəfninə buraxmayıblar.
 
BAKU.WS