SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün qatar yoluna çıxaraq teplovozla toqquşan minik avtomobilinin görüntüləri yayılıb. 

BAKU.WS-in məlumatına görə, hadisədən dərhal sonra çəkilən video sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, ötən gün saat 08:30 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus teplovoz Çarxı stansiyası yaxınlığında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 90-FR-207 olan “Mercedes” markalı avtomobil dəmiryol keçidində qəflətən qatarın qarşısına çıxıb.

Bu barədə BAKU.WS-ə ADY-dən bildirilib.

Məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb, teplovozun müəyyən hissələri zədələnib, dəmiryol infrastrukturuna ziyan dəyib.
“ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir”, - deyə səhmdar cəmiyyəti bəyan edib.

Hadisədən sonra çəkilən görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO