VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün toyu olacaq gənc ötən gün qəzada dünyasını dəyişib.

BAKU.WS məlumat verir ki, hadisə axşam saat 20.30 radələrində Astara şəhəri  Heydər Əliyev prospektində olub. 27 yaşlı Samir Məmmədzadənin idarə etdiyi minik avtomobili əmisi oğlu olan 22 yaşlı Nicat Məmmədzadənin avtomobili ilə toqquşub.

Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Sürücü 22 yaşlı Nicat Məmmədzadə aldığı çoxsaylı bədən xəsarətlərindən Astara rayon mərkəzi xəstəxansında dünyasını dəyişib. Onun yanındakı sərnişin, Bakı sakini Emil Həsənov və digər sürücü Nicat Məmmədzadə isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Yaxınlarının verdiyi məlumata görə, qəza nəticəsində ölən Nicat Məmmədzadənin bu gun toyu olacaqdı.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
BAKU.WS