SİZİN REKLAM BURADA!
055 213 76 73


Lənkəran rayonunda avtomobil 12 yaşlı piyadanı vuraraq öldürüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətük kəndi ərazisində baş verib.

Belə ki, "Mercedes" markalı, 10-TM-103 dövlət qeydiyyat nişanlı avtomobil 12 yaşlı məktəbli - Nəzərzadə Süleyman Məhəmməd oğlunu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə kerində ölüb.

Şahidlərin bildirdiyinə görə yeniyetmə mikroavtobusdan düşüb və yolu keçmək istəyib. Bu zaman işıqforun qırmızı işığında dayanmadan, yüksək sürətlə keçən "Mercedes" onu vurub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA