SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail və HƏMAS arasındakı toqquşmalar səbəbindən konsert vermək üçün getdiyi paytaxt Təl-Əvivdə çətin vəziyyətlə üzləşən azərbaycanlı müğənni Samirə Əfəndi ailəsi ilə birlikdə Azərbaycana gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə report-a sənətçinin yaxınları bildirib.

O, bu gün axşam saatlarında baş verənlərlə bağlı yerli mətbuata açıqlama verəcək.

***10:07

İsraildə çətin vəziyyətdə qalan "Avroviziya" təmsilçimiz Samirə Əfəndi artıq Türkiyəyə gedib.

BAKU.WS xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında bildirib.

"Çox şükür İstanbula çatdıq. Sabah TV vasitəsi ilə sizi maraqlandıran bütün suallara cavab verəcəm. Allah hamını qorusun və səbr versin" -deyə Samirə qeyd edib.

Xatırladaq ki, oktyabrın 7-də Fələstinin radikal “HƏMAS” hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb və şəhərləri bombalayıb. Həmin dəhşətli və qorxu dolu anlara öz gözü ilə şahidlik edən Azərbaycanı 2020-2021-ci illərdə "Avroviziya" beynəxalq mahnı yarışmasında təmsil edən, müğənni Samirə Əfəndi olub. O, sosial şəbəkə hesabında canlı yayım açaraq paytaxt Tel-Əvivdə baş verən hadisələrdən söz açıb.

Qeyd dedək ki, son məlumatlarda ölən israillilərin sayının 1100-ə çatdığı, 2000-dən çox yaralının olduğu bildirilib.

BAKU.WS