SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı sakininə qarşı dələduzluq edilib.

BAKU.WS "Report”a istinadən xəbər verir ki, bununla bağlı 1963-cü il təvəllüdlü Mehdi Qasımov hüquq-mühafizə orqanlarına müraciət edib.

O bildirib ki, 2015-ci ilin noyabr ayında 1958-ci il təvəllüdlü İman Hüseynov onu aldadaraq ev satmaq adı ilə 65 min dollar pulunu alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
BAKU.WS