SİZİN REKLAM BURADA!
055 213 76 73


Qarabağdakı separatçı qurumun təmsilçilərindən olan Lyova Mnatsakanyan və Davit Babayan barəsində həbs qətiman tədbirinin seçilməsinə dair məhkəmə qərarı icra olunaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasına etap olunublar.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda cinayət işləri üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKU.WS