SİZİN REKLAM BURADA!
055 213 76 73


“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov vəzifəsindən ayrılıb.
 
BAKU.WS xəbər verir ki, Bakı klubu bu barədə feysbuk səhifəsində vasitəsilə paylaşım edilib.
 
Qeyd edilib ki, vitse-prezident öz istəyi ilə tutduğu postdan azad edilib.
 
Klub bu illər ərzindəki fəaliyyətinə görə ona təşəkkürünü bildirib: “Bizimlə çalışdığı 7 il ərzində göstərdiyi xidmətlərə görə Elnur Eyvazova təşəkkür edir və gələcək fəaliyyətində uğurlar diləyirik!”
 
Xatırladaq ki, Elnur Eyvazov 2016-2017-ci illərdə “Neftçi”nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb. O, 2017-ci il iyulun 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərar əsasında baş verən struktur dəyişikliyindən sonra vitse-prezident vəzifəsinə təyin olunmuşdu.

 
BAKU.WS