SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın həmkarları Mərkəzi Klinikaya gəliblər.

Baku TV-nin klinikadan canlı yayımını təqdim edirik:

***12:59

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, millət vəkili komaya düşüb və hazırda Mərkəzi Klinikada süni tənəffüs aparatına qoşulub.

Onun müayinə və müalicəsi üçün Türkiyədən də həkimlər dəvət olunub. 

İlkin məlumata görə, Qənirə Paşayevanın səhhətində yaranan problem pəhrizə bağlı qəbul etdiyi dərmanlara görədir.

***12:05

Millət vəkili Qənirə Paşayeva komaya düşüb.

RTV-nin məlumatına görə, millət vəkili dərhal xəstəxanaya yerləşdirilib.

Millət vəkilinin yaxınları faktı təsdiqləyib. Lakin onun səhhəti barəsində heç bir məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.

BAKU.WS
VİDEO