SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmazda uçmuş körpü ilə bağlı məlumat yayıb.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, bu gün səhər saatlarında Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində yerləşən körpü uçub və hadisə zamanı VAZ-2106 markalı minik avtomobili çay yatağına düşüb.

Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla avtomobilin qaldırıcı kran vasitəsilə çay yatağından təxliyəsi həyata keçirilib.

Həmçinin, FHN-in Şimal Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları avtomobillərin hərəkəti üçün müvəqqəti təşkil olunmuş alternativ yolda təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazidə xidmət aparır.

BAKU.WS
VİDEO

QALEREYA