SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda çoxsaylı mənzillərdən oğurluq edən şəxs tutulub.

BAKU.WS DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən oğurluq etdiyi üçün saxlanılan Şahin Hacıyevlə bağlı aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin sentyabr-noyabr ayları ərzində daha 13 evdən, habelə 1 sexdən pul, təmir-tikinti alətləri, qızıl və məişət əşyaları oğurladığı müəyyən edilib.