VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Mina dağında yaşanan izdihamın bəzi təfəərrüatları ortaya çıxıb.
 
BAKU.WS məlumat verir ki, Səudiyyə Ərəbistanda ötən gün həcc ziyarətini yerinə yetirən zəvvarların Mina dağında izdihamı nəticəsində 753 zəvvar dünyasını dəyişib, 863 nəfər yaralanıb. Ölənlərin çoxunun Afrika mənşəli olduğu bildirilir. İzdihamın necə meydana gəldiyi ilə əlaqədar fərqli iddialar ortaya çıxıb.
 
İddialara görə, Mina dağına gedən digər yollar bağlı olduğu üçün şeytan daşlamaqdan qayıdan zəvvarlarla gedən zəvvarlar arasında izdiham yaşanıb. Qarışıqlıq nəticəsində ölənlərin sayının artacağı istisna edilmir. 

Xilasetmə işləri davam etdirilir. Yaralıların çoxu vertolyotlarla Məkkə şəhərindəki xəstəxanalara aparılır. İzdiham yaşanan əraziyə 220-dən çox təcili yardım maşını, 4 xilasedici dəstə cəlb olunub.
 
Səudiyyə rəsmiləri ölənlərin sayının artacağından ehtiyyat edirlər. 

BAKU.WS