SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xırdalan-Bakı avtomobil yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in APA-ya istinadən xəbərinə görə, qəza Xırdalan-Bakı avtomobil yolunun Sulutəpə qəsəbəsinə dönən hissəsində baş verib. Məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Hyundai Elantra” markalı avtomobil dönmə əməliyyatı həyata keçirərkən idarəetməni itirib və aşıb. Sürücünün xəsarət aldığı bildirilir.   
 
Qəza nəticəsində yolda sıxlıq yaranıb.
 
Qəzanın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
 
BAKU.WS