SİZİN REKLAM BURADA!
055 213 76 73


“Ermənistan - Xorvatiya oyunundakı təxribatla bağlı UEFA-ya müraciət edəcəyik”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli deyib.

Qurum sözçüsü ermənilərin mütəmadi olaraq belə təxribatlar törətdiyini bildirib:

“Ermənilər ilk dəfə deyil ki, bu cür təxribata əl atırlar. AFFA məsələ ilə bağlı bütün lazımi addımları atacaq”, - qurumun sözçüsü bildirib.

Xatırladaq ki, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda baş tutan Ermənistan - Xorvatiya matçında ermənilər meydança üzərində dron vasitəsilə Qarabağdakı separatçı rejimin əsgi parçasını nümayiş etdiriblər.

***22:12

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutan Ermənistan-Xorvatiya matçında Azərbaycana qarşı təxribat qeydə alınıb.

“Caliber” xəbər verir ki, İravanda keçirilən görüş zamanı meydança üzərində dron vasitəsilə Qarabağdakı separatçı rejimin əsgi parçası nümayiş etdirilib.

Ümid edək ki, UEFA-nın bayrağı altında keçirilən tədbirdə yaşanan erməni təxribatı cəzasız qalmayacaq.

BAKU.WS
VİDEO