SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Xəzər rayonununda altı yaşlı uşaq evin ikinci mərtəbəsindən yerə yıxılaraq ağır xəsarətlər alıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Binə qəsəbəsi, Mehriban qonşular deyilən ərazidə 2017-ci il təvəllüdlü Ələkbərli İbrahim Ruhin oğlu ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yerə yıxılıb.

Azyaşlı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və təpə sümüklərinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS