SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı sakininin yeni aldığı son model avtomobilinin üzərinə mişar daşı atılıb və maşına ziyan vurulub.

BAKU.WS-in xezerxeber.az-a istinadən məlumatına görə, bu iddianı paytaxt sakini Ramal İsayev edir.

O, axşam saatlarında Binəqədi rayonu, Atatürk prospektində yaşadığı binanın qarşısında avtomobilini park edərək evinə gedib. Bir saatdan sonra ona qonşular məlumat verib ki, maşının üstünə mişar daşı atıblar.

Zərərçəkmiş Ramal İsayev heç kimlə şəxsi ədavətinin olmadığını deyir. Amma o iddia edir ki, ''Avtomir N1'' mağazasının sahibi ilə avtomobili yaşadığı binanın qarşısında park etmək üstündə mübahisə etdikdən sonra belə hadisə baş verib. Zərərçəkmiş polisə də məlumat verib. Əraziyə 5-ci polis bölməsinin əməkdaşları gələrək baxış keçiriblər.

Hadisə ilə bağlı ''Avtomir N1'' mağazasına yaxınlaşıblar. Qarşılayanlar mağaza rəhbərinin işdə olmadığını bildirdilər. Onlar sözügedən hadisədən isə səhər xəbər tutduqlarını deyirlər.

Məsələ Daxili İşlər Nazirliyinin də nəzarətindədir. Din-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır və əmələ hüquqi qiymət veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

BAKU.WS
VİDEO