SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bu gün səhər saatlarında Gənclik Mall-da baş verən hadisə ilə əlaqədar olaraq Gənclik Mall rəhbərliyi bildirir ki, yeni il dekorasiyalarının uçması nəticəsində Gənclik Mall ərazisində xəsarət alan olmayıb".
 
 
Gənclik Mall rəhbərliyindən BAKU.WS-ə verilən məlumata görə, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır və nəticələri aradan qaldırılıb.

Gənclik Mall adi qaydada işini davam etdirir və narahatçılığa heç bir əsas yoxdur.
 
Qeyd edək ki, bu gün "Gənclik Mall”da binanın tavanından asılmış qalın plastik materialdan hazırlanan nəhəng yeni il şarlarından bir neçəsi qoparaq yerə düşüb. 
 
Şahin Həbibov
BAKU.WS