SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda "Beşmərtəbə”dəki dairəvi yolda "avtoş"ların görüntüsü qeydə alınıb.

BAKU.WS Avtosfer.az-a istinadən xəbər verir ki, "Lada "Priora" markalı avtomobil axşam saatlarında yolda driftlər edərək əsl şou göstərib. Avtomobillərin hərəkətinə mane olan "avtoş" hətta qəza vəziyyəti yaradıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, həmin görüntülər araşdırılıb və bir neçə il əvvəla aid olduğu müəyyən edilib. Avtoxuliqanllq edən sürücünün də həmin vaxt inzibati məsuliyyətə cəlb olunduğu bildirilir.

Saytın əldə etdiyi məlumata görə, həmin sürücü bir müddət əvvəl yol qəzasına düşərək ölüb.
 
BAKU.WS