SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qadın özəl xəstəxanada ayağının amputasiyası zamanı ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, avqustun 29-da 1961-ci il təvəllüdlü Nailə Mustafayevanın Xətai rayonunda yerləşən "Medica Hospital" xəstəxanasında sağ ayağının amputasiyası cərrahi əməliyyatı zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

BAKU.WS