VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Gəncə - Qazax yolunun Goranboy rayonundan keçən hissəsində ağır yol-nəqqliyyat hadisəsi baş verib. 
 
BAKU.WS-in əldə etdiyi məlumata görə, mazut daşıyan yük maşını aşıb. İlkin məlumata görə, qəzaya səbəb sürücünün yuxulu olması olub.
 
İdarəetməni itirən sürücü mazut dolu yük maşınını yola aşırıb və nəticədə bütün mazut ətrafa dağılıb. 
 
Qəza nəticəsində sürücü və yük maşınında olan bir xanım xəsarət alıb.
 
BAKU.WS-in hadisə yerindən görüntüləri təqdim edir:
 
Şahin Həbibov
BAKU.WS